Rusiya Xarici İşlər Nazirliyi, Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşının “persona non qrata” elan edildiyini açıqlayıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.
Qeyd edək ki, Çexiyanın baş naziri Andrey Babiş iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər. Bu səbəbdən Çexiya Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarma qərarına gəlmişdir.