Luqanskın Qorskoe və Zolotoe yaşayış məntəqələrində Ukrayna ordusunun, millətçi batalyonların və xarici muzdluların 2 minə qədər döyüşçüsü mühasirəyə alınıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant İqor Konaşenkov açıqlama verib.
O, Rusiya qüvvələrinin son sutka ərzində Ukraynaya məxsus 2 Su-25 təyyarəsini Xarkov və Nikolayev vilayətləri üzərində vurduğunu qeyd edib.
Bundan başqa, Odessa şəhəri yaxınlığında S-300 zenit-raket kompleksinin məhv edildiyi bildirilib.