21.04.2021 20:33:35
Rusiya ABŞ-ın 10 diplomatını persona-non qrata elan edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, bununla bağlı ABŞ səfirinin müavininə nota təqdim olunub.
Həmin diplomatların mayın 21-dən ölkəni tərk etməsi tələb olunub.
Xatırladaq ki, ötən həftə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və 10 rusiyalı diplomatı ölkədən çıxardığını elan edib.