Rumıniyada hərbi helikopter və döyüş təyyarəsi qəzaya uğradı: Ölənlər var

Rumıniyada hərbi helikopter və döyüş təyyarəsi qəzaya uğradı: Ölənlər var

Rumıniyada MiQ-21 qırıcı təyyarəsi və “İAR-330 Puma” helikopteri qəzaya uğrayıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, xəbəri ölkənin Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edilir ki, MiQ-21 qırıcısı və “İAR-330 Puma” helikopteri Dobruca vilayətində qəzaya uğrayıb.

Yerli KİV MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğramasından sonra onun qalıqlarını axtaran İAR-330 Puma helikopterinin də həmin ərazidə qəzaya uğradığını iddia edib. Məlumata görə, qəza zamanı helikopterdə bir neçə hərbçi həlak olub.

Müdafiə Nazirliyi isə qəza zamanı 7 nəfərin həlak olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR