Ruhullah Novruzzadənin apellyasiya şikayətinə baxılıb

Ruhullah Novruzzadənin apellyasiya şikayətinə baxılıb

Bu gün ilahiyyatçı Ruhullah Novruzzadənin apellyasiya şikayətinə baxılıb

Yeniləndi: Bu gün ilahiyyatçı Ruhullah Novruzzadənin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb. Məhkəmə digər məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Beləliklə, ilahiyyatçıya verilən 3 il həbs qərarı dəyişməyib.

 

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün ilahiyyatçı Ruhullah Novruzzadənin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılacaq.

Saat 14:30-da keçiriləcək proses açıq şəkildə olacaq.

Qeyd edək ki, Ruhullah Novruzzadə İranın Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.

O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

R. Novruzzadə ötən ilin yanvarın 31-də həbs olunub.

O Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunub və məhkəmə ona 3 il həbs qərarı verib.

Xəbəri paylaş

VİDEOLAR