İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda dediyi şeir və sonra yaranmış qalmaqaldan sonra ilk açıqlamanı verib
Rasthaber Azərbaycan xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bununla bağlı deyib:
"Cənab Ərdoğanın dediyi şeir, suverenliyimizi və ya müstəqilliyimizi təhdid etmir. Türk rəsmilərinin etdikləri açıqlamaları qənaətbəxş hesab edirəm. Türkiyə XİN, bizim xarici işlər nazirimizə Ərdoğanın qəsd etdiyi şeyin bu olmadığını bildirdi. Ərdoğan ilə şəxsi əlaqələrimiz, bölgə üzrə bir çox işbirliyi platformasındakı bərabərliyimiz və Cənubi Qafqazda problemlərə qalıcı həll yolu tapmaq üçün İranı dəvət etmiş olmasını da xatırladaraq, şeiri o məqsədlə demədiyini açıqca deyə bilərəm. Söhbət bağlanmışdır."