Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İran prezidenti Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Ruhani Ermənistan və Azərbaycan Respublikasının Qarabağ məsələsi üstündə olan qədim ixtilaflarına işarə ilə bildiribdir ki, bu sahədəki münaqişələr üçün ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll yolu tapılmalıdır.
“Bu döyüşlərin dayandırılması bizim üçün vacibdir. Ermənistan və Azərbaycan Respublikasının aqilanə şəkildə, təmkinliliklə bu istiqamətdə hərəkət etmələrini gözləyirik.”, deyə Ruhani bildirib.
İran İslam Respublikasının prezidenti vurğualyıb ki, müharibə mütləq şəkildə ixtilaflar, çəkişmələr və problemlərin aradan qaldırılması üçün həll yolu deyildir.
Ruhani sonra “Bu macəraya hər cür xarici müdaxilə nəinki problemin həllinə kömək etməyəcək, əksinə döyüş və çəkişmələri daha da uzadaraq, vəziyyəti daha da mürəkkəbləşdirəcəkdir.”, -deyə əlavə edib.
İranın ortaq mədəniyyət və tarix əsasında Azərbaycan Respublikası və Ermənistanla münasibətlərinin önəmi və keçmişinə toxunan Həsən Ruhani İran İslam Respublikasının iki dost və qonşu ölkənin nəzərdə tutduğu hər hansı konstruktiv rolun oynanılmasına hazır olduğunu bildirərək deyib: “Biz döyüşlərin dərhal dayandırılmasını arzu edirik və hamımız bölgə problemlərinin beynəlxalq qaydalar və siyasi yol ilə həll edilməsinin ardınca olmalıyıq.”