İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qasim Süleymaninin şəhid edilməsinə münasibət bildirib
İran İslam Respublikasının prezidenti Həsən Ruhani İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Süleymaninin şəhid edilməsilə bağlı danışıb.
O bu hücumu ABŞ-ın acizliyi adlandıraraq "islami dəyərlərin müdafiəsi və Amerikanın tamahkarlıqları ilə mübarizə yolunda İranın və digər azad xalqların əzmkarlıqlarını ikiqat artırdı.", -deyə bildirib.
Həsən Ruhani Amerikanın, general Süleymanini və onunla yanaşı olan bir neçə nəfəri, "Haşdi Şabi" qurucularından olan Əbu Məhdi Əl-Muhəndisi şəhid etməsini pisləyərək "Şübhəsiz, bu dəhşətli cinayətin intiqamını böyük İran xalqı və regionun digər azad xalqları cinayətkar Amerikadan alacaqlar. Bu xəbiscəsinə və qorxaqcasına hərəkət Amerikanın regiondakı acizliy və başını itirməsinin digər bir nişanəsidir. Bu təcaüzkar rejim bütün beynəlxalq hüquq normalarını və humanitar qaydaları tapdayaraq, bu ölkənin nəhs səhifələrinə digər bir biabırçı damğa vurdu. Bu yüksək dərəcəli şəhidin izzət və müqavimət bayrağı saysız-hesabsız İslam əsgərlərinin əlində dalğalanacaq və iftixarla dolu şücaət və müqavimət yolu daha artıq qüvvətlə davam edəcəkdir."