Rəsmi Dəməşq ABŞ-dan terrorçuluğa və separatçı qüvvələrə verdiyi dəstəyi dayandırmağı tələb edir.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanata əsasən, Suriyada qeyri-qanuni şəkildə olan ABŞ qüvvələri ölkənin neftini ölkə ərazisindən qeyri-qanuni şəkildə çıxarmağa davam edir.
XİN-dən qeyd edilib ki, Suriya ABŞ administrasiyasından Suriya xalqına təzminat ödəməyi tələb edir.
“Həmçinin Suriya ABŞ-dan terrorçuluq və separatçı qruplaşmalara dəstəyi dayandırmağı və işğal edilmiş Suriya ərazilərini dərhal tərk etməyi tələb edir“, – deyə bəyan edilib.