Rəsmi Dəməşq: ABŞ-ın Suriyada varlığı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

Rəsmi Dəməşq: ABŞ-ın Suriyada varlığı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

Suriyanın BMT-dəki daimi nümayəndəsi Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayaraq, bu ölkənin ərazisində xarici hərbi qüvvələrin və terrorçu qrupların qeyri-qanuni mövcudluğuna son qoymağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəssam Səbbağ ABŞ və Avropa İttifaqının tətbiq etdiyi iqtisadi terrora və kollektiv cəza siyasətinə son qoyulması üçün təcili və qeyd-şərtsiz addım atılmasını tələb edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Suriya hökumətinin tələbi və ya razılığı olmadan Amerika qüvvələrinin Suriya ərazisində mövcudluğunun heç bir hüquqi əsasının olmadığını və bu mövcudluğun Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının açıq şəkildə pozulması olduğunu bildirib.

ABŞ-ın Suriyadakı hərbi qolu olan İŞİD terror təşkilatının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa olaraq bu terror qruplaşmasının yerini tutdu və İŞİD əvəzinə Suriya neftini çıxarmağa və talan etməyə başladı.

Xəbəri paylaş

VİDEOLAR