Roma Papası xəstələnib, ölümə hazırlaşır

Roma Papası xəstələnib, ölümə hazırlaşır

Deyilri ki, vəsiyyət onun ölümündən sonra açıqlanacaq.

Rastahaber Azərbaycan NTV-yə istinadən xəbər verir ki,  keçmiş Roma Papası  XVI  Benediktcari ilin iyun ayında Almaniyaya səfər etdikdən sonra ağır xəstəlik keçirib.

Məlumata görə,  həkimlər keçmiş Roma Papasının üzündə qızıl yel xəstəliyinin diaqnozunu qoyublar, hazırda o, olduqca zəifləyib.

Qeyd olunur ki,  XVI Benedikt iyun ayında özünün 96 yaşlı qardaşı keşiş Giorq Ratsingeri ziyarət edib. Ratsinger ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Keçmiş XVI Benediktin artıq dini vəsiyyət etdiyi önə çəkilir. Deyilri ki, vəsiyyət onun ölümündən sonra açıqlanacaq.

Lakin bu məlum olub ki,  XVI Benedikt müqəddəs II İoan Pavelin keçmiş məqbərəsində dəfn edilməsini vəsiyyətində yazıb.

O könüllü şəkildə taxtdan  imtina etmişdi.

Xəbəri paylaş

VİDEOLAR