R.Novruzzadənin məhkəmə prosesi təxirə düşdü

 R.Novruzzadənin məhkəmə prosesi təxirə düşdü

Məhkəmənin vaxtı açıqlanmaylb

Yeniləndi: Az.rasthaber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə prosesi təxirə düşüb.

10:00-Bu gün R. Novruzzadənin məhkəməsi keçiriləcək. Prosesin 17:30-da keçiriləcəyi bildirilir. Ehtimal olunur ki,  bu məhkəmə R. Novruzzadəyə hökm oxunacaq.

Qeyd: İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur. O ittihamları qəbul etmir.

Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

O, bu il yanvarın 31-də həbs olunub.  Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR