Rənglərin insanlara təsiri danılmazdır.
Rasthaber Azərbaycan rənqlərlə bağlı araşdırmanı təqdim edir.
QƏHVƏYİ
Kanzas Universiteti İncəsənət Muzeyində bir araşdırma üçün xalçanı qızılı elektron bir sistemlə təchiz etmiş, divarın rəngini ağ və qəhvəyi olaraq dəyişə bilən etmişlər. Arxa fon ağ olduqda, insanlar muzeydə yavaş hərəkət etmiş, daha uzun müddət qalıb, daha çox sahədə dolaşmışlar. Arxa fon qəhvəyiyə döndüyündə isə, insanlar muzeydə çox daha sürətli hərəkət edib, daha az gəzmiş və muzeyi daha qısa müddətdə tərk etmişlər.
Diqqət yetirsək görərik ki, dünyadakı "fast-food" restorantlarının hamısının kürsüləri və masaları qəhvəyi, divar boyaları isə qəhvəyi-çəhrayı qarışığıdır. Heç bir "fast-food"çunun divarını ağ görə bilməzsiniz. "Burger King", "Kentucky Fried Chicken" və bunun kimi məşhur "fast-food" şirkətləri illərdir şüurlu olaraq bütün divarlarını tamamilə qəhvəyi rənglə örtürlər.
İş yerinizdə isə qəhvəyi mebellərdən istifadə etmə k məsləhət görülmür. Qəhvəyi eyni zamanda rahat bir rəng olaraq qəbul edilir. Qarşınızdakının özünü rəsmiyətdən uzaq, daha rahat, səmimi hiss etməsini təmin edir. Bu isə ciddi iş prinsiplərinə ziddir.
Dünyada ən çox tamaşaçı reytinqinə sahib olan, bütün məşhurları rahatlıqla danışdırmasıyla tanınan məşhur teleaparıcı Larri Kinq hər proqramında qəhvəyi qalstuklar və pencəklərdən istifadə edir.
QIRMIZI
Qırmızı, iştah açan rəng kimi bilinir. Dünyadakı məşhur qida firmalarının hamısının logosunda qırmızı olduğunu görürük:
ən çox mənfəət əldə edən şirkətlər "Coca-Cola", "Pizza Hut", "MC Donald 's", "Ulker", "Burger King" ...
Qırmızının insanda başqa bir psixoloji təsiri də təzyiqi yüksəltməsi və qan dövranını sürətləndirməsidir.
"Buğalar niyə qırmızı rəngə hücum edir?" sualının cavabı isə yəqin ki çoxumuzu düşündürüb; meymunlardan başqa heyvanların heç biri bütün rəngləri seçə bilmir. Heyvanların əksəriyyəti ağ-qara görür. Yəni öküzlər da rəng korudur və əslində qırmızıya deyil, istənilən tünd rəngli parçaya hücum edirlər.
NARINCI
Narıncının da qırmızı kimi həyəcan verici hətta qırmızıdan daha quruluşçu olduğu müəyyən olunub.
Sağlamlıq, canlılıq, yaradıcılıq, etibar, cəsarət və ünsiyyəti işarələyən narıncı üstün gəlmə istəklərini də özü ilə gətirir. Mətbəxdə, uşaq və yemək otağı ilə koridorlarda istilik yaradacağı, sevinc və xoşbəxtlik verməsi istənən mühitlərdə və geniş sahələrdə istifadə edilə biləcəyi təyin olunmuşdur.
YAŞIL
Yaşıl bir çox məna kəsb edir, amma bunlardan ən məşhuru çoxumuzun da bildiyi kimi həyat rəmzidir.
Yaşıl həmçinin güvən, əminlik, rahatlıq rəngidir. Ona görə bankların logolarında ən çox seçdikləri iki rəngdən biridir.
Yataq otağı üçün də rahatlaşdırıcı bir rəngdir. Böyük otellərin mətbəxlərində divar rənginin əsasən yaşıl olduğunu müşahidə etmək olar.
Xəstəxanalar da logo və iç dizaynlarında yaşılı seçir. Çünki rahatlaşdırıcı və sakitləşdirici rəngdir.
Təbiəti ən çox xatırladan rəng də yaşıl rəngdir.
Yaşıl rəngin üstünlük təşkil etdiyi yerlərdə insanlar daha az mədə ağrısından əziyyət çəkir.
Saqqız paketlərində və tərəvəz satılan yerlərdə də yaşıl ən çox seçilən rəngdir.
QARA
Qara, gücü və qüdrəti, həmçinin soyuqluğu təmsil edər. Ölkəmizdə və bir çox digər ölkələrdə qara matəm rəngi olsa da, Yaponiyada xoşbəxtliyin rəmzidir.
Qara fondda istifadə edildiyində pessimizmi xatırladır. İşığı azaldır. Konsentrasiyanı ən çox gətirən rəngdir.
Eynşteynin konsentrə ola bilmək üçün pərdələri qara, gün işığı olmayan bir otağa girib və bu şəkildə düşündüyü deyilər.
MAVİ
Mavini sakitlik rəngi olaraq xarakterizə edirlər.
Mavi daşların qanı axışını yavaşlatdığı da deyilir.
Mavi sakitləşdirici rəng olduğu üçün Qərbdə intiharları azaltmaq üçün körpü, göydələn və digər tikililərdə əsasən maviyə çox üstünlük verilir.
Mavi kosmik bir rəng olaraq genişliyi, avtoritariyanı və məhsuldarlığı da xatırladar.
Beynəlxalq yığıncaqlarda dövlət başçıları tünd mavi-göy paltar geyirlər. Ona görə də dünyadakı kostyum firmalarının yarısından çoxu tünd mavidən istifadə edərlər.
GÖY
Göy, nevrotik duyğuları ortaya çıxardığı, insanları şüur altında qorxutduğu müəyyən edilən bir rəngdir.
BƏNÖVŞƏYİ
Özünə etibarı təmsil edən bənövşəyi rəng, yaradıcılıq və xoşgörüş oyandırar.
Bu rəngin eyni zamanda unutqanlıq və səbrsizlik yarada biləcəyi də təyin olunmuşdur.
Bənövşəyinin, xüsusilə meditasiya otaqları üçün uyğun bir rəng olduğu açıqlanmışdır.
Bu rəngin lavanda, yasəmən və orxideya tonlarının yataq otaqları və iş otaqlarında istifadə edilərək, özünüzə inam duyğunuzu artıra bilərsiniz.
Bu rəngin açıq tonlarıyla xəstəxanaların gözləmə otaqları da dekorasiya edilir.
ÇƏHRAYI
Psixoloqlar çəhrayı geyənlərlə ünsiyyətdə insanların rahat olduqlarını bildirirlər.
Bu rəngdən əsasən xidmət sektorundakı şirkətlər istifadə edirlər. İngiltərənin məşhur "Boots və Marks and Spencer" mağazalar şəbəkəlindəda bütün ofisiantlar çəhrayı köynək geyir.
SARI
Sarı, keçid rəngi, həmçinin diqqəti cəlb etməyin ifadəsidir.
Bildiyimiz kimi bütün dünyada taksilər üçün əsas qəbulolunmuş rəng sarıdır.
Kirayə və kredit işi ilə məşğul olan firmaların logolarında sarıdan istifadə edirlər.
Sarı keçiciliklə yanaşı həm də müvəqqətilyin ifadəsidir. Ona görə də, banklar öz emblemlərində sarıdan istifadə etmirlər.
AĞ
Ağ, sabitliyi, davamlılığı və təmizliyi ehtiva edir. Nigah mərasimlərində gəlinlərin paltarlarının əsasən ağ rəngdə olması da bu rəngin sabit, təmiz, saf və daimilik mənalarından irəli gəlir.
Ağ enerji sistemini tarazlayır. Yaradıcılıq duyğularını ortaya çıxardır və inkişaf etdirir.