İran prezidenti İbrahim Rəisi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qəbul etdiyi anti-İran qərarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasının İran əleyhinə qəbul etdiyi qərara reaksiya verən Seyid İbrahim Rəisi deyib:
"İdarə Heyətində qərar verəndə geri addım atacağımızı düşündünüz? Allahın və İran xalqının adı ilə mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik. İndiyədək beynəlxalq təşkilatlarda nə qədər siyasi motivli qərar və bəyanat dərc etmisiniz? Bunlar nəticə verdimi?
Siz sanksiya ilə bizi dayandıracağınızı düşünürdünüz, amma ölkəmiz dayanmayacaq və sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrdə irəliləyişini davam etdirəcək".
Rəisi daha sonra sözlərini belə davam etdirdi:
"Bu cür hərəkətlər heç bir şəkildə İran İslam Respublikasını geri addım atmağa məcbur edə bilməz. Biz qətiyyətli mövqeyimizdə israrla yanaşı, İran millətinin hüquqlarını önə çəkirik. Biz İran xalqının əvəzedilməz hüquqlarını gözardı edə bilmərik".
İran əleyhinə qətnamə layihəsini hazırlayan ölkələrə xitab edən Rəisi deyib:
“Onlar İran xalqının hüquqlarını tanımalıdırlar. Onlar İranla güc dili ilə deyil, məntiq dili ilə danışmaq lazım olduğunu indiyə kimi öyrənməli idilər”.
Xatırladaq ki, MAQATE-nin İcraiyyə Şurasında ötən gün keçirilən səsvermədə 30 üzv ölkənin səsi ilə İran əleyhinə qərar qəbul edilib.
Siz sanksiya ilə bizi dayandıracağınızı düşünürdünüz, amma ölkəmiz dayanmayacaq və sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrdə irəliləyişini davam etdirəcək.