Rəisidən Baydenə: İran 43 il əvvəl ABŞ əsarətindən azad edilib

Rəisidən Baydenə: İran 43 il əvvəl ABŞ əsarətindən azad edilib

"Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub".

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi deyib.

İranda “Qlobal İmperializmlə Milli Mübarizə Günü” ilə əlaqədar ölkənin müxtəlif şəhərlərində, xüsusən də paytaxt Tehranda ABŞ əleyhinə nümayişlər keçirilib.

Prezident İbrahim Rəisi paytaxt Tehranda ABŞ-ın keçmiş səfirliyi qarşısında keçirilən nümayişdə iştirak edib.

Rəisi ABŞ-ın başqa dövlətlərdən yararlanmaq istədiyini ifadə edərək bildirib:
“ABŞ törətdiyi bütün cinayətlərə baxmayaraq, özünü azadlıq və insan haqlarının müdafiəçisi kimi təqdim edir”.

ABŞ prezidenti Co Baydenin “Narahat olmayın, biz İranı azad edəcəyik” sözlərinə cavab verən prezident Rəisi deyib:

“İran 43 il əvvəl azad edilib və bir daha ABŞ əsarətinə düşmək istəmir. Biz İranın istismarına icazə verməyəcəyik. İran xalqı öz mövqeyini dəfələrlə göstərib.Bu gün yeni nəsil gənclər də eyni fikirdədir".

Prezident Rəisi ABŞ rəhbərliyinə müraciət edərək, təhdidlərin İranın inkişafına təsir etməyəcəyini vurğulayıb:
“İran sanksiyalara baxmayaraq irəliləyəcək. (Amerikalılar) Onlar neft satışını sıfıra endirmək istəyirdilər. Ölkədə hasilatı sıfıra endirmək istəyirdilər. İranı təcrid etməyə çalışdılar. Amma hamı bilir ki, İran regionda həlledici rola malikdir. İranın iştirakı olmadan regionda heç bir bərabərlik olmazdı. Amerikalılar bunu yaxşı bilirlər".

Xəbəri paylaş

VİDEOLAR