Rəisi və Sudani Qəzza hadisələrini müzakirə ediblər

Rəisi və Sudani Qəzza hadisələrini müzakirə ediblər

İran prezidenti İbrahim Rəisi ilə İraqın baş naziri Məhəmməd Şiyə əl-Sudani arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, İraq baş nazirinin mətbuat xidmətinin verdiyi məlumata görə, baş nazir Məhəmməd Şia əl-Sudani İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.

Telefon danışığı zamanı regional və beynəlxalq arenada baş verən son hadisələr, həmçinin Qəzza zolağında davam edən sionist hücumlarının Fələstin xalqının humanitar vəziyyətini necə pisləşdirdiyi müzakirə olunub.

Tərəflər beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərdə mülki əhalini hədəf alan ciddi pozuntulara qarşı tədbir görməsinin və Qəzzada amansız mühasirənin aradan qaldırılmasının, mülki şəxslər üçün təhlükəsiz dəhlizin açılmasının və fələstinlilərə təcili humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR