Rəisi və Putin 3+3 platformasını müzakirə etdi

Rəisi və Putin 3+3 platformasını müzakirə etdi

İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, telefon danışığında İranın nüvə proqramı, regionda baş verən proseslər haqqında müzakirə aparılıb.

İ.Rəisi İranın nüvə danışıqlarında tam ciddi olduğunu deyib: “Müzakirələrdə və sanksiyaların ləğvi ilə bağlı xalqımızın hüquqlarını təmin etməkdə ciddiyik".

V.Putin də öz növbəsində nüvə məsələsində İran xalqının hüquqlarını dəstəklədiyini bildirib.

İran və Rusiya prezidentləri regionda əməkdaşlığı artırmağın zəruriliyini vurğulayıb, altılıq platforması təşəbbüsünü də müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR