İranın yeni prezidenti İbrahim Rəisi fransalı həmkarı Emmanuel Makronla "nüvə müqaviləsi"ni dəyərləndirib.
İran Prezident Aparatının yazılı açıqlamasına görə, Rəisi ilə Makron arasında telefon danışığı olub.
Rasthaber Azərbaycan xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrlə yanaşı nüvə müqaviləsi Avstriyanın paytaxtı Vyanada aparılan danışıqlar və Livandakı vəziyyət müzakirə edilib.
ABŞ-ın nüvə müqaviləsindəki öhdəliklərini pozduğunu və Avropa İttifaqının (Aİ) 3 ölkəsi olan Fransa, İngiltərə və Almaniyanın vədlərinə əməl etmədiklərini söyləyən Reisi bunları deyib:
"Amerikalılar tətbiq etdikləri sanksiyalarla öhdəliklərini açıq şəkildə pozdular. Əsas humanitar məhsullara da sanksiyalar tətbiq etdilər. Həm ABŞ, həm də Aİ ölkələri nüvə anlaşmasında götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Keriləcək hər danışıqda İranın maraqları təmin edilməlidir".
Hind okeanının şimalında bir İsrail şirkətinə aid gəmiyə edilən hücuma da toxunan Rəisi "İran Oman Ərəbistan dənizi və Bəsra körfəzində təhlükəsizliyi təmin etmək mövzusunda çox ciddidir. Orada təhlükəsizliyi pozanlara müqavimət göstərəcək" ifadələrdən istifadə edib.
Livandakı inkişaflarla əlaqədar olaraq isə Rəisi bu ölkə xalqının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək edəcək hər addımı dəstəklədiklərini və bu nöqtədə Fransanın əməkdaşlığını alqışladıqlarını dilə gətirib.
Fransa Prezidenti Makron da Rəisini yeni vəzifəsi münasibətilə təbrik edib.
Makron Fransa və İranın birlikdə bölgənin sülh və sabitliyində rol oynaya biləcəyini və Livanda sabitliyin əsasını qoya biləcəyini söyləyib.
Makron nüvə danışıqlarının Vyanada bərpasını istədiklərini də dilə gətirib.