Rəisi və Lukaşenko arasında görüş keçirilib

Rəisi və Lukaşenko arasında görüş keçirilib

İran İslam Respublikasının prezidenti dünən axşam Tacikistanın paytaxtı Düşənbə şəhərində Belarus prezidenti görüşüb.

Rasthaber Azərbaycan İran mediasına istinadən  məlumatına əsasən, İran İslam Respublikasının prezidenti İbrahim Rəisi dünən axşam Tacikistanın paytaxtı Düşənbə şəhərində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

 

Rəisi bu görüşdə bildirib ki, iki ölkənin birgə layihələrinin ən qısa zamanda təkmilləşdirilməsi, ikitərəfli iqtisadi anlaşmaların genişləndirilməsi prosesini sürətləndirə və asanlaşdıra bilər.

 

İran dövlətinin prioritetinin iqtisadi olduğunu vurğulayan Seyid İbrahim Rəisi regionda iqtisadi münasibətlərin inkişafına çalışdığı və iqtisadi və texniki nazirlərə birgə razılaşmaların icrasını təqib etməyi tapşırdığını qeyd edib.

 

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran və Minsk əlaqələri genişləndirmək üçün çox yaxşı sahə və imkanlara malikdirlər və yaxşı və konstruktiv ikitərəfli siyasi əlaqələr bu imkanların daha çox və daha sürətlə həyata keçməsinə təsirli kömək göstərə bilər.

 

Rəisi amerikalı dövlət başçılarının İran xalqına qarşı maksimum təzyiq siyasətinin uğursuzluğuna dair etiraflarına da toxunub. Bİldirib ki, regional münasibətlərin inkişafı sanksiya ilə mübarizə yollarından biridir.

 

Lukaşenko da bildirib ki,  heç bir ölkə başqa ölkələri sanksiya etməklə uğur qazana bilməyib və sanksiya ümumiyyətlə dünyada məğlubiyyətə uğramış bir siyasətdir.

Xəbəri paylaş

VİDEOLAR