İran prezidenti Seyid İbrahim Rəisi 11 fevralda cümə namazından öncə nitqlə çıxış edəcək.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Cümə Namazı İmamlarının Siyasəti ilə bağlı Şuranın sədri Əli Nuri bildirib.
"Bu il İslam İnqilabının qələbəsinin ildönümünün cümə günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq bu həftə Tehrandakı İmam Xomeyni məscidində cümə namazı qılınacaq və Seyid İbrahim Rəisi namazdan öncə nitqlə çıxış edəcək", - deyə qeyd edilib.