Rəisi: Son hadisələr media müharibəsinin özüdür

Rəisi: Son hadisələr media müharibəsinin özüdür

“Bəzi insanlar yaxşını pis, pisi isə yaxşı göstərməyə çalışırlar; Onlar qavrayışları dəyişdirmək, zəif tərəfləri böyütmək və güclü tərəfləri minimuma endirmək istəyirlər. Bu, hazırda üzləşdiyimiz media müharibəsidir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin prezidenti İbrahim Rəisi deyib.

“Maarifləndirmə cihadı” adı altında keçirilən simpozumda çıxış edən İran prezidenti hazırda ölkənin üzləşdiyi vəziyyəti media müharibəsi adlandırıb.

İbrahim Rəisi deyib: "İslam mədəniyyətində Ali liderin bildirdiyi hikmətli söz kimi cihadın açıqlamaq və maarifləndirmək növü var. Qurana görə, şayiəçilər və yalançılar münafiqlər və kafirlər kimidirlər. Yalançı və şayiəçilər dərk emənin özlərinki kimi olmasını istəyirlər. Onlar bu yolda müharibə həyata keçirirlər. Onlar ikiüzlü münafiq kimidirlər…Bu insanlar yaxşını pis, pisi isə yaxşı göstərməyə çalışırlar; Onlar qavrayışları dəyişdirmək, zəif tərəfləri böyütmək və güclü tərəfləri zəif həddə endirmək istəyirlər. Bu, bu gün üzləşdiyimiz media müharibəsidir. Müqavimət düzülüşü bu döyüşə görə yaradılmalıdır; Amma bu gün bu müharibə üçün uyğun bir tənzimləmə yoxdur. Bu müharibənin düzgün təşkili bilikli insan resurslarından, nəzərdə tutulan istiqamətdən, vaxtında hərəkətdən, bədii nitqdən, tamaşaçıya təsir və tamaşaçını tanımaqdan keçir.”

Xəbəri paylaş

VİDEOLAR