"İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsi üzərində ciddi şəkildə işləyirik"
Rasthaber Azərbaycan xəbər verir ki, bunu İran prezidenti Seyid İbrahim Rəisi İran xalqına üçüncü televiziya müraciətində bildirib.
O qeyd edib ki, Vyanadakı son danışıqlarda İranın nümayəndə heyətinin iki məsələ çərçivəsində - nüvə fəaliyyəti və sanksiyaların ləğvilə bağlı iş aparırlar.
"Bu gün dünyaya sübut olunub ki, İran danışıqlarda güclü və ləyaqətli bir şəkildə iştirak edir", Rəisi bildirib.
İran prezidentinin sözlərinə görə, hökümətinin fəaliyyəti dövründə müxtəlif ölkələrin rəsmiləri və nümayəndə heyətləri ilə 100-dən çox görüşlər reallaşıb.
Rəisi qeyd edib ki, görüşlərdin hədəfinin İslam Respublikasının iradəsinin dünya ilə sosial, siyasi, mədəni və iqtisadi əlaqələri genişləndirməkdir.
İran İslam Respublikasının prezidenti, bəzi qonşu ölkələrlə bir neçə müqavilənin imzalandığını deyərək müqavilələrin tezliklə mətbuatda dərc olunacağını önə çəkib.