Rəisi: Quranı təhqir etmək bütün səmavi dinlərə hörmətsizlikdir!

Rəisi: Quranı təhqir etmək bütün səmavi dinlərə hörmətsizlikdir!

İran prezidenti Seyid İbrahim Rəisi İsveçdə Qurani-Kərimin yandırılmasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İranın Rəfsəncan şəhərində cümə xütbəsindən əvvəl çıxış edən Rəisi Rəfsəncan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Gündəmdəki məsələləri dəyərləndirən İbrahim Rəisi İsveçdə Qurani-Kərimin yandırılmasına münasibət bildirib.

Rəisi Qurani-Kərimin yandırılması ilə bağlı deyib:

"Qurana hörmətsizlik ilahi və səmavi dinlərə inanan bütün insanları dərindən üzdü. Qurani-Kərimimizi təhqir etmək bütün dini dəyərləri və insanlığı təhqir etmək deməkdir. İslam cəmiyyəti belə bir hərəkətə dözə bilməz. Bütün dünya müsəlmanları bu hərəkətə öz nifrətlərini bildirdilər".

Rəisi sözdə fikir azadlığını müdafiə edənlərin dini dəyərləri təhqir etdiyini tənqid edərək deyib:

"Gənclərimizin onların azadlığa qarşı olduqlarını və yalnız azadlıq bayrağını dalğalandırdıqlarını bilmələri çox vacibdir".

Rəisi Quranı təhqir etməyin bütün tövhid dinlərinə təhqir olduğunu və bu gün dinə və dini dəyərlərə qarşı çoxlu təhdidlərin olduğunu bildirib.

İbrahim Rəisi Qurana qarşı olanların əslində insan azadlığına qarşı olduqlarını da bildirib.

Xəbəri paylaş

VİDEOLAR