Rəisi: Qadınların təhlükəsizliyilə bağlı qanunu hökumətə təqdim etmişik

Rəisi: Qadınların təhlükəsizliyilə bağlı qanunu hökumətə təqdim etmişik

İranın Ali Məhkəməsinin sədri İbrahim Rəisi bəyan edib.

Rasthaber Azərbaycan İran KİV-inə istinadla xəbər verir ki, bunu ölkənin Ali Məhkəmə Şurasının Xanım Zəhranın (ə) şəhadəti ilə bağlı iclasında çıxış edən İranın Ali Məhkəməsinin sədri İbrahim Rəisi bəyan edib.

“Biz qadınların təhlükəsizliyini və şərəfini mühafizə edən qanun layihəsini tərtib edərək hökumətə təqdim etmişik”, – Rəisi deyib.

O qeyd edib ki, “Xanım Zəhranın (ə) nitqlərinin əsas 4 bəndi var – Quran, insanlıq, ədalət və şiələrin birinci imamı və bunlar bəşəriyyətin xilası üçün kifayətdir”.
Rəisinin sözlərinə görə, qadınlar düşmənin tanıtdırılmasında və onunla mübarizədə mühüm rol oynayırlar.

O çıxışını ayətullah Behiştinin sözləri ilə bitirib: “Amerika, bizə qəzəblən və bu qəzəbindən məhv ol”.

Xəbəri paylaş

VİDEOLAR