İmperialistlərin region xalqlarına qarşı düşmənlik və ədavəti azalmayıb.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi Suriya Milli Təhlükəsizlik İdarəsinin başçısı Əli Məmlük ilə görüşdə bəyan edib.
O, sionist rejimin fəaliyyəti ilə mübarizə üçün İslam ölkələri və müsəlmanlar arasında birliyin zəruriliyini vurğulayıb.
Rəisi terrorçuluqla mübarizədə canlarından keçənlərin, o cümlədən də şəhid general Süleymaninin xatirəsini anıb və Suriyanın xalqının terror qruplaşmaları ilə mübarizədəki misilsiz müqavimətini qeyd edib. O, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasına dair çağırış da edib.
"ABŞ Suriya üçün təhlükəsizlik və iqtisadiyyat sahələrində yaratdığı problemlərin digər yollarla davam etdirilməsinə can atır", - dey İran prezidenti bildirib.
O, İran və Suriya arasındakı bütün sahələrdəki ikitərəfli münasibətlərin dərinləşdiyini deyərək təkrar edib: "İki xalqın ittifaqı qırılmazdır".
İki ölkənin iqtisadi əməkdaşlığının əhəmiyyətini işarə edən Rəisi bildirib ki, iqtisadi əlaqələri genişləndirmək və iki tərəf arasındakı cari strateji əlqələri inkişaf etdirmək lazımdır.
Suriyalı rəsmi prezident Bəşər Əsədin salamlarını İran xalqı və hökumətinə çatdıraraq deyib: "Biz terrorçularla mübarizədə İranın Suriyaya göstərdiyi dəstəyini heç vaxt unutmayacağıq".
O, Suriyanın bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasına mənfi münasibətini də əlavə edib.