İran prezidenti Seyid İbrahim Rəisi rəsmi təmaslar üçün Tehrana gələn İraqın xarici işlər naziri Fuad Hüseyni qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Ərbəin ziyarətçilərinə göstərdikləri qonaqpərvərliyə görə İraq xalqına təşəkkür edən Rəisi, İraq Xarici İşlər Nazirliyi, sərhəd təhlükəsizlik qüvvələri və Həşdi Şaabi arasında əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Rəisi deyib:
"İran və İraq şəhidləri, o cümlədən Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndis, dini, mədəni və tarixi bağlar iki ölkənin sarsılmaz münasibətlərinin göstəricisidir.
İraqın İŞİD terror təşkilatı tərəfindən mühasirəyə alındığı günlərdə İran İraqın müdafiəsi üçün hər cür yardım edib. Bu məsələ İranın çətin anlarda İraqın dostu olduğuna sübutdur".
Rəisi sözlərini “İran sərhəddində və ya İraq ərazisində terror qruplaşmalarının olması qəbuledilməzdir”, - deyərək davam etdirib.
Fuad Hüseyn deyib:
“Bu gün iki ölkə arasındakı əlaqələr siyasi, mədəni və iqtisadi əlaqələrdən kənara çıxıb və biz iki xalqın İmam Hüseynə (ə) olan sevgisi sayəsində İran və İraq xalqları arasında şəxsi və ailə münasibətlərinin şahidi oluruq. Biz bu unikal əlaqələri qorumalıyıq".