İran öz düzgün və məntiqli mövqelərindən geri çəkilməyəcək.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bəyan edib.
O, həmçinin deyib ki, “heç kimin İran xalqı ilə güc dili ilə danışmağa haqqı yoxdur“.
“Amerikalılar deyirdilər ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planına (HBFP) geri dönməlidir, lakin İslam Respublikası heç vaxt nüvə sazişindən çıxmayıb, məhz ABŞ HBFP-nı pozub“,- deyə Rəisi ABŞ-ın HBFP-ı ilə bağlı iddialarına cavab olaraq bildirib.
Rəsmi Vaşinqtonun rəsmi Tehrana qarşı təzyiqlərin işə yaramaması və bu planın iflasa uğraması ilə bağlı bəyanatını şərh edən Rəisi ABŞ-a faktlara baxaraq keçmişdən dərs çıxarmağı, İran xalqına qarşı maksimum təzyiqlə bağlı uğursuz təcrübəni təkrarlamamağı məsləhət görüb.
Rəisi deyib ki, “5+1” və “4+1” formatlarındakı danışıqlarda hər zaman məntiqlə hərəkət edib və tamamilə əsaslı tələblər irəli sürüb.
İran prezidenti əlavə edib ki, ölkəsi regiondakı hadisələri diqqətlə izləyir və baş verən hərəkətlər və fəaliyyətlərdən xəbərdardır.
“İran amerikalıların mesajlarını gətirənlərə dəfələrlə deyib ki, əgər İranın ərazi bütövlüyünə qarşı cüzi qəsd olarsa, bu cür cəhdlər ən qəti şiddətli cavabla üzləşəcək“, - deyə o vurğulayıb.