Rəisi: İranın qəti siyasəti məzlum Fələstin xalqına dəstək verməkdir!

Rəisi: İranın qəti siyasəti məzlum Fələstin xalqına dəstək verməkdir!

İran prezidenti Seyid İbrahim Rəisi “İranın qəti siyasəti məzlum Fələstin xalqına dəstək verməkdir” deyib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi qəsbkar sionist rejimin Qəzzanın məzlum və müdafiəsiz xalqına qarşı törətdiyi dəhşətli qətllərə toxunaraq deyib:

"Bu rejimin qəzzalıları öz torpaqlarından zorla köçürmək siyasəti heç vaxt reallaşmasa da, bütün beynəlxalq qanunları, əxlaqi qaydaları və humanitar prinsipləri pozan bir hərəkətdir”.

Rəisi son günlərdə sionist rejimin Fələstin xalqına qarşı törətdiyi misli görünməmiş insanlıq cinayətləri ilə bağlı bəzi dövlətlərin və beynəlxalq iclasların susmasını sərt tənqid edib və bildirib ki, məzlum Fələstin xalqına dəstək vermək İranın qəti siyasətidir:

"Qəzzada yaşayış məntəqələrinin bombalanmasını dayandırmaq və bu bölgədəki sakinlərin əsas ehtiyaclara çıxışını təmin etmək üçün dəqiqələr zərərlidir. Ona görə də bütün ölkələr bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməlidir".

Xəbəri paylaş

VİDEOLAR