Rəisi İranda ziyarətgahda baş vermiş terror aktı ilə bağlı başsağlığı verib

Rəisi İranda ziyarətgahda baş vermiş terror aktı ilə bağlı başsağlığı verib

İran prezidenti Şiraz şəhərində Həzrət Şahçeraq hərəmində törədilən terror aktına rekasiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi, Şiraz şəhərində Həzrət Şahçeraq hərəmində törədilən terror aktına görə İran İslam İnqilabının rəhbərləri Ayətullah Xameneiyə, hücumda şəhid olanların ailələrinə və İran xalqına başsağlığı verib.

Rəisinin yazdığı mesajda aşağıdakı ifadələr yer alıb:

“Bəzi vətəndaşların ölümü və yaralanması ilə nəticələnən Həzrət Şahçerağın hərəminə törədilən terror aktı İran xalqının qəlbini növbəti dəfə ağrıtdı.

İranın düşmənləri böyük İran xalqının güclü iradəsinə müqavimət göstərə bilmədiklərindən növbəti qanlı qətli törətməklə öz çirkin üzlərini göstərdilər.

Bu hücuma görə İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə, şəhid olanların ailələrinə və İran xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Kəşfiyyat Departamenti, polis qüvvələri və digər məsul təhlükəsizlik və məhkəmə ekspertizası orqanları bu dəhşətli qətlin arxasında duran əlləri tez və dəqiq müəyyənləşdirib məsuliyyətə cəlb etməlidirlər.

Şübhəsiz ki, İran xalqı düşmənlərinin bu şər oyununa qalib gələcək və onların öz pis məqsədlərinə bir daha nail olmasına mane olacaq”.

Xəbəri paylaş

VİDEOLAR