Rəisi: İrana qarşı hər hansı səhv addıma sərt və peşmanedici cavab veriləcək

Rəisi: İrana qarşı hər hansı səhv addıma sərt və peşmanedici cavab veriləcək

“Amerikalılara və onların regiondakı müttəfiqlərinə mesaj göndərib deyirəm ki, İran xalqı bölgədə heç bir təhlükəsizliyə qarşı məsələni və böhranı qəbul etməyəcəklər. Regionda hər hansı bir səhv sərt və peşmanedici cavabla qarşılaşacaq.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Kermanşah əyalətinə səfəri zamanı deyib.

O, Kermanşahın ictimaiyyət nümayəndələrilə görüşündə ABŞ prezidentinin İsrailə səfəri və burada səsləndirilən fikirlərə münasibət bildirərək, regionda İrana qarşı hər hansı səhv addımın sərt cavabla üzləşəcəyini deyib.

“Mən elə burada Kermanşahın müqavimətli xalqının içində amerikalılara deyirəm ki, müsəlman xalqları hakimiyyətlərinin Amerika ilə imzaladıqları təhqiredici razılaşmalara biganədirlər. Həmin razılaşmalar ki, onların resurslarını qarət edir. İranın hərbi gücü indi bu bölgədə təhlükəsizliyi təmin edəndir. Biz əcnəbilərin, xüsusilə də Amerikanın regionda müdaxilələrini böhran, gərginik yaratmaq və təhlükəsizliyə təhdiddən başqa bir şey bilmirik. Sionist rejimi də regionda heç nədə tamah gözününü olmamasını yaxşı bilməlidir. Sionist rejimin əlaqələri və ya digərlərilə münasibətləri normallaşdırması onun üçün təhlükəsizliyi təmin etməyəcək”, deyə Rəisi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR