İran Prezidenti Seyid İbrahim Rəisi avropalıların Əfqanıstan xalqı qarşısında heç bir məsuliyyət daşımadığına diqqət çəkib.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, o deyib:
"Avropalılar əfqanlara qarşı çoxlu iddialar irəli sürsələr də, bu məsələdə onların heç bir köməyi olmadı. Dörd milyondan çox əfqan bu gün İran İslam Respublikasının qonağıdır.
Əfqanıstan məsələsini yalnız siyasi maraqları üçün izləyən avropalılardan fərqli olaraq, İran İslam Respublikası əziz əfqanlar qarşısında məsuliyyət hiss edir. Bu gün Əfqanıstan üçün vacib olan, bütün etnik qrupların mövcud olduğu bu ölkədə inklüziv hökumətin qurulmasıdır".
Rəisi, Rəzəvi Xorasanda yaşayan Əfqanıstan vətəndaşları məsələsinə toxunaraq, bildirib:
"Bu vətəndaşların təhsili, həyat tərzi, məşğulluğu bizim üçün önəmlidir və bu nəzarətdə saxlanılmalıdır, ona görə də biz qeyri-hökumət təşkilatı olaraq mərkəzi mexanizmin yaradılmasını nəzərdə tutmuşuq. Bu təşkilatın qaçqınları və idarələri Tehran, Rəzəvi Xorasan və digər vilayətlərdəki qərargahın işini izləməlidir".
Seyid İbrahim Rəisi daha sonra sözlərinə belə davam edib:
"Daxili İşlər Nazirliyi və qubernatorluqlardakı vətəndaşların idarəsi, bir təşkilat olaraq, Əfqanıstan vətəndaşlarının işini izləmək üçün kifayət deyil. Bu əziz qonaqlar müsəlman və dindardırlar və onların problemlərinə öz problemimiz kimi baxılmalıdır".