Rəhim Qazıyevə hücum olayı ilə bağlı cinayət açıldı

Rəhim Qazıyevə hücum olayı ilə bağlı cinayət açıldı

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə hücum faktı ilə bağlı cinayət işi başlanıb.

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə hücum faktı ilə bağlı cinayət işi başlanıb.

İstintaq CM-in 221.1-ci maddəsi (xuliqanlıq) üzrə aparılır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, R.Qazıyevə hücumda ehtimal olunan şübhəli şəxs müəyyən edilib.

R.Qazıyev özü bildirib ki, onu arxadan küt əşya ilə vurublar və o, hücum edən şəxsi görməyib.

“Təcili yardım” briqadası polis şöbəsində ona tibbi yardım göstərib.

Dünən o, müstəntiqə ifadə verib.

Qeyd edək ki, dünən keçmiş müdafiə naziri Rahim Hacıyev hücuma məruz qalıb.

Bu barədə AzadlıqRadiosuna jurnalist Əvəz Zeynallı məlumat verib. Məlumata görə, bu gün, iyunun 12-də Qaziyev Yasamal rayonunda yerləşən yaşadığı evindən çıxarkən hücuma məruz qalıb. "Rahim bəy hadisəni özü mənə danışdı. Təxminən 17:00-da o, evdən çıxdı, bir azdan isə arxadan ona güclü zərbə endirildi. Hücum edənlər heç nə deməyib dəmir parçası ilə arxadan başından zərbə vurub qaçıblar. İki ya da üç nəfər idilər. Rahim bəyin başı yarıldı, qan axmağa başlayıb". 

Xəbəri paylaş

VİDEOLAR