Sionist rejim ordusunun dünən günortadan sonra Rəfahın qərbində fələstinli qaçqınların çadırlarına hava və artilleriya hücumu nəticəsində ən azı 20 fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusnun Rəfah şəhərinin qərbindəki fələstinli qaçqınlara aid Əl-Məvasi düşərgəsində törətdikləri yeni cinayətin dəhşətli görüntüləri yayılıb.
Bu cinayətdə çoxlu fələstinli qaçqın şəhid olub və yaralanıb.
Qəzzə Mülki Müdafiə sözçüsü də işğalçı qüvvələrin Əl-Məvasi düşərgəsindəki qaçqınların çadırlarını 4 top gülləsi ilə hədəfə aldığını açıqlayıb.
“Fələstin Əl-Youm” telekanalının müxbiri həmçinin bildirib ki, işğalçı ordunun Əl-Məvasi düşərgəsinə hava hücumu nəticəsində ən azı 20 fələstinli şəhid olub və şəhidlərin cəsədləri tamamilə parçalanıb.