"Türk yardımının Qəzza zolağına girməsi və Rəfah sərhəd qapısı və limanlarının açılması mövzusunda Misir Qızıl Aypara ilə razılığa gəldik"
Rasthaber Azərbaycan xəbər verir ki, bunu Türk Qızıl Aypara Təşkilatının prezidenti Kərəm Kınık bildirib.
Kınık qeyd edib ki, Türk hökuməti, Misirlə əməkdaşlıq edərək Qahirədən Qəzzaya humanitar yardım göndərmə müddətini izləyir və bu günə qədər çox sayda dərman daşınması həyata keçirilib.
Kınık Qəzzanın dünyaya açılan iki qapısından birinin açılması üçün Misirə gedərək Qəzza yardımını sürətləndirmək üçün bir sıra görüşlər həyata keçirib.
Fələstinlilər tərəfindən istənən kiçik təcili yardım maşınlarından ikisinin təslim edildiyini önə çəkən Dr. Kınık, "10 yük maşını yardım konvoyu da Qahirədə hazırlandı və yola çıxacaq" deyə əlavə edib.
Qəzza zolağı 2006-cı ildən bəri quru, hava və dəniz mühasirəsindədir və Qəzza zolağı sakinləri bir çox problemlə üzləşirlər.