Reutersin müxbiri Əfqanıstanda döyüşlər zamanı öldürüldü

Reutersin müxbiri Əfqanıstanda döyüşlər zamanı öldürüldü

Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.

"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir Daniş Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.

Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, müxbir son bir neçə gün ərzində bölgədə baş verən toqquşmaları işıqlandırıb.

D.Siddiki 2018-ci ildə Myanmadan qaçqın düşmüş Rohinca müsəlmanlarının həyatı ilə bağlı reportaja görə Pulitser mükafatına layiq görülmüşdü.

Xəbəri paylaş

VİDEOLAR