Respublikaçı senatorlar Trampın geri çəkilməsini təqdir etdilər

Respublikaçı senatorlar Trampın geri çəkilməsini təqdir etdilər

ABŞ senatorları Donald Trampın İranın təhdidi qarşısından geri çəkilməsini alqışlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Amerikada bir qrup respublikaçı senator dünən gecə bu ölkənin prezidenti Donald Trampın İranın təhdidi qarşısından geri çəkilməsini alqışlayıb.

Respublikaçı senatorlar Lindsey Qraham, Cim İnhaf, Cim Riş, Tim Kin və Rand Pauel Trampın İranın təhdidi qarşısından geri çəkilməsini Qərbi Asiyada gərginliyin azaldılması istiqamətində dəyərləndiriblər.

Son günlər İranda çox sayda nöqtəni hədəfə almaqdan danışan Amerika prezidenti Donald Tramp İran İslam Respublikasının raket zərbələrindən sonra çərşənbə günü öz çıxışında İrana qarşı hər cür hərbi təhdiddən geri çəkilərək  İranla sülhün bərqərarı,  eləcə də Amerikanın Qərbi Asiya bölgəsindəki iştirakının azaldılması vacibliyindən danışdı.

Xəbəri paylaş

VİDEOLAR