Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə keçirilən görüşün məhsuldar olduğunu bildirib
Rasthaber xəbər verir ki, Türkiyə Prezidenti T.Ərdoğan bu barədə özünün "Twitter" səhifəsində qeyd edib.
Türkiyə Prezidenti bildirib: "Həmkarım V.Putinlə məhsuldar görüşdən sonra Soçidən ayrıldıq".
Vladimir Putin, öz növbəsində Türkiyəli həmkarına səfərə görə təşəkkür edib və danışıqların nəticələrini yüksək qiymətləndirib.