Ərdoğan və Putin Əfqanıstanı müzakirə etdilər

Ərdoğan və Putin Əfqanıstanı müzakirə etdilər

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə edilib.

Tərəflər Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər.

Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Türkiyə Prezidenti yeni hökumətin Əfqanıstan xalqının özünəməxsusluğunu əks etdirən əhatəli siyasət yürüdəcəyinə ümidvar olduğunu və “Taliban” tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini deyib.

Liderlər Türkiyədə yanğını söndürərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirən türk və rus ekipajının ailələrinə qarşılıqlı başsağlığı veriblər.

Xəbəri paylaş

VİDEOLAR