“Lazım olsa, İsrail təbii qazını ölkəmizdə istifadə edərik, üstəlik, Avropaya da nəqli üçün ortaq işlər görərik”.
Az.rasthber.com "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərdən dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında bildirib.
“(İsrail rejimi prezidenti) cənab (İshak) cənab Hersoqun Türkiyəyə səfərində bu mövzuları da müzakirə edəcəyik”.
Bununla belə, Türkiyənin dövlət başçısı ölkəsinin hazırda təbii qaz problemi yaşamadığını xatırladıb.