Ərdoğan Suriyaya qarşı - ANALİZ

Ərdoğan Suriyaya qarşı - ANALİZ

Suriyaya edilən hücumlarda sionist rejimin rolu

Cümə axşamı Suriyanın Hələb şəhərinə qarşı həyata keçirilən və Hələbin qərb divarlarına qədər uzanan hücumlar bir çox suallar yaratdı. Hücumlar dörd kiçik terror təşkilatının birləşməsindən ibarət olan Təhrir əş-Şam terror təşkilatının bayrağı altında həyata keçirildi, lakin hətta Suriya hökumətinin müxalifləri də bu hücumların bir və ya bir neçə xarici tərəfin dəstəyi ilə həyata keçirildiyini vurğuladılar. Hələbə hücum edən terrorçuların pilotsuz uçuş aparatlarından və zirehli texnikadan istifadə etməsi bir və ya bir neçə xarici hökumətin bu hücumlarda rolunun olduğunu göstərir.

Son üç gündə Suriyanın şimalında baş verən hadisələrdə xarici əllərin mövcudluğu mürəkkəb məsələ deyil və bu münaqişədə Türk ordusunun rolu çox aydındır. Əsas olaraq Türkiyə Astana danışıqlarında Təhrir əş-Şam terror təşkilatının nümayəndəliyini və əslində məsuliyyətini rəsmən qəbul edib və son bir neçə ildə onun adından danışıqlarda iştirak edib. İdlib bölgəsinin tamamilə Türkiyə sərhədlərinə və ərazilərinə bağlı olması da bu hücumdakı məsuliyyətinin göstəricisidir.

Digər tərəfdən bu hücumlarda sionist rejiminin də rolu aşkardır. The Times of Israel qəzeti bu rejimin yüksək rütbəli hərbi mənbəyindən sitat gətirərək yazıb: "İsrail ordusu Livanın anbarlarına və silah tədarüklərinə hücum etməklə kifayətlənməyəcək və Suriya Hizbullaha göstərdiyi yardımın bədəlini ödəyəcək." Buna görə də məlum terror təşkilatlarından istifadə edərək Hələbə qarşı həyata keçirilən və müəyyən hədəfləri olan bu hücum Ankara və Tel-Əviv hökumətləri tərəfindən planlaşdırılıb, idarə edilib və maliyyələşdirilib. Bu hücumun hədəfini bir sözlə izah etmək lazım gəlsə, bu, Bəşər Əsəd hökumətinin təslim olması, daha doğrusu Suriyanın təslim olması və Qərbin və sionistlərin Suriyaya qarşı ekspansionist planlarına qarşı müqavimətdən imtina etməsidir. Lakin bu planın beynini və nəticəsini təhlil etdikdə bunun əslində sionist planı olduğunu və vəkalətlə başqasına həvalə edildiyini və ordusunun imkanlarından və təkfirçi terrorçuların əməyindən istifadə edərək həyata keçirildiyini görürük. Bu hadisələrlə bağlı bəzi məqamlar var və bunlar;

1. Keçən həftə bazar günü Livanın cənub sərhədini Tel-Əvivə qədər həqiqi mənada cəhənnəmə çevirən Hizbullahın hərbi gücünün təsiri altında qəsbkar rejimin Livana qarşı apardığı müharibədə atəşkəsi qəbul etməsindən bir gün sonra, yəni cümə axşamı Suriyaya qarşı terror hücumunun güclü xarici dəstəklə mümkün ola biləcəyini qəbul etmək lazımdır.

Heyət Təhrir əş-Şam terror təşkilatı 2016-cı ilin sentyabrından bu günə qədər Suriya ordusunun daimi həyəcan vəziyyətində olmasından və səkkiz il ərzində Hələbin, xüsusilə Hələb şəhərinin qərb sərhədindən İdlib şəhərinin şərqinə qədər daim qorunmasının çətinliyindən istifadə edərək bu bölgəyə hücum etdi və Hələb ilə İdlib arasındakı bölgənin tamamını ələ keçirmədən, 20-yə yaxın kəndi ələ keçirərək Hələbə doğru dar bir yol açaraq bu şəhərin üç kilometr qərbinə çatdı. Eyni zamanda özü ilə əlaqəli köhnə bəzi elementlərinin Hələbdəki fəallığını əsas gətirərək, bu şəhərə girib Hələbin qərbindəki bəzi məhəllələri ələ keçirdiyini iddia etdi.

Lakin həqiqət budur ki, son 6-7 ildə Nüsrə Cəbhəsinin yerini alan Təhrir əş-Şamın yenidən dirçəlişi, birdən-birə olmadığı kimi eyni zamanda vəziyyətin və mühitin nəzarətini də Suriya ordusunun nəzarətindən çıxara biləcək bir ölçüyə çatmadı. Lakin qarşıdakı günlərdə döyüşlərin intensivləşməsi və terrorçuların Türkiyə hökuməti ilə birlikdə bu bölgəyə daha çox qüvvə göndərərək Suriya ordusunun işini çətinləşdirməsi ehtimalını da nəzərdən qaçırmamalıyıq.

Terror təşkilatı Təhrir əş-Şamın münaqişəyə nə üçün cəlb edildiyi məlumdur. Suriya ordusu bu terrorçuları məğlub edə bilər və eyni zamanda lazım gələrsə 2012-2016-cı illər arasında bu bölgədə döyüşən və buraları qarış-qarış tanıyan bütün birliklər yenidən sahəyə girə bilər və bu bölgəni sürətlə nəzarətləri altına ala bilər. Bu baxımdan narahat olacaq çox şey yoxdur, amma digər tərəfdən bu hücumlar bəzi mülki narahatlıqları da daşımır deyil.

2. Qərb qonşumuzu həqiqətən qəzəbləndirmək istəmirik və lazım olduğundan artıq günahlandırmaq da istəmirik, lakin həqiqət budur ki, Türkiyənin 2012-2015-ci illər arasında yanaşma və hədəf müəyyənləşdirmə baxımından performansı, dağılmasından sonra Təhrir əş-Şam kimi tanınan Nüsrə Cəbhəsinin performansından çox da fərqli deyildi. Hər ikisi də çox açıq şəkildə Suriya rejimini devirmək istəyirdi və əlbəttə ki, hər ikisi də öz hədəflərinə çatmaq üçün bir-birlərindən istifadə edə biləcəklərini və işin sonunda qarşı tərəfi sahədən uzaqlaşdıra biləcəyini düşünürdü.

Təhrir əş-Şam, Türkiyənin köç-külfətini yığışdıracağını və Ərəb Osmanlı Dövlətinə bənzər bir xilafət hökuməti quracağını və Ankaranı zəbt edə biləcəyini düşünürdü. Ərdoğan da terrorçulardan istifadə edərək Əsəd hökumətini devirə biləcəyini, daha sonra Şam hökumətinə qarşı çıxan silahlı qruplar arasındakı böyük bölünməni istifadə edərək onları aradan qaldıracağını və Suriyanın şimalının bölünməsini və Türkiyəyə ilhaq edilməsini qəbul edəcək özündən asılı bir hökumət quracağını düşünürdü.

2016-cı ildə bu arzu hər iki tərəf üçün də əlçatmaz oldu. Bundan sonra Ərdoğan Astana Danışıqlarına qatılmağı qəbul edərək, formalaşmasında heç bir rolu olmadığı prosesdə pay sahibi olmağa çalışdı. Lakin Türkiyə Astana danışıqları zamanı əksər hallarda üzərində razılaşılan rolu tam olaraq həyata keçirmədi. Çünki terrorçuların vaxtından əvvəl məhv edilməsinə əsasən qarşı idi və onları hələ də kapital olaraq görürdü. Buna görə də 2017-ci ildəki Astana görüşlərinin birində İdlibdəki silahlı terror qruplarının silahsızlaşdırılması və bu bölgənin altı ay ərzində Suriya ordusuna və hökumətinə təhvil verilməsi istiqamətindəki qərarı qəbul etməsinə baxmayaraq onu həyata keçirməyi rədd etdi və buna əsaslanaraq bu qrupların silahlandırılması prosesi davam etdi.

Ötən il Türkiyə Suriya ilə siyasi əlaqələrin yenidən qurulması məsələsini gündəmə gətirmiş və hətta Şama heyətlər göndərmiş, lakin İdlibdəki terrorçuların vəziyyətinin dəyişdirilməsi və ya hərbi qüvvələrinin əl-Bab, Münbiç və Qamışlıdan çıxarılması ilə bağlı hər hansı söz verməyi rədd etmişdi. Buna əsasən bu səfərlərdən nəticə çıxmadı və son günlərdə Hələbə qarşı hərbi əməliyyata və Suriya suverenliyinin bir daha pozulmasına şahid olduq.

3. Sionist rejiminin bu layihədə "işəgötürən və istifadəçi" rolunu oynadığını görürük. İsrail Təhlükəsizlik Kabinetinin cümə axşamı gecəsi, yəni Hələbə qarşı terror hücumlarından saatlar sonra qurulması, bu hadisələrin İsrail rejimi baxımından əhəmiyyətini ortaya qoyur və eyni zamanda bu rejimin bu hücumlardakı dəstəkləyici rolunu da göstərir. Həqiqət budur ki, İsrail Livan müharibəsini Hizbullah qarşısında məğlub olduğunu qəbul edərək dayandırdı və özünü Qəzzədəki müharibəni dayandırmaq məcburiyyətində qalacaq bir vəziyyətdə görür. Bütün bunlara əsaslanaraq, bu rejimin müqavimətin ən vacib sahələrindən biri olan, xüsusilə də Fələstin və Livan müqavimətinin ən mühüm dəstəkçisi olan Suriyada xaosa ehtiyacı var, lakin Livan və Qəzzədəki məğlubiyyət səbəbindən Suriyaya qarşı başladılan bu xaosa aktiv qatılımının daxildə qəbul edilmədiyi, regional və beynəlxalq müxalifətə səbəb olacağı da aydındır. Buna görə də İsrail layihəni həvalə etmə və xərclərin bir hissəsini qarşılama yoluna getdi. Təhrir əş-Şam sahə komandirinin İsrail hökumətinə göndərdiyi və İsrail mediasında yayımlanan şifahi təşəkkür mesajı bu əlaqəni daha da aydın hala gətirərkən, İsrailin bu əlaqənin üzə çıxmasını istədiyini də göstərdi. Terrorçuların İdlibdən Hələbə gedərkən istifadə etdiyi metod, İsrailin son dövrdə Livana qarşı həyata keçirdiyi quru hücumunda istifadə etdiyi metodun eynidir və hədəfin son nöqtəsinə doğru düz xətlə hərəkət etmək və başlanğıc ilə çatma nöqtəsi arasındakı aktiv nöqtələrə girməmək bunu göstərir.

Son olaraq onu demək lazımdır ki, bu layihənin ortaq bir planlaşdırıcısı olmaya bilər, lakin ortaq hədəfləri olduğu aydındır. İsrail Livanın 2006 və 2023-cü illərdəki iki müharibədə göstərdiyi müqavimətin bəhrə verməsindəki mühüm amillərdən biri kimi Suriyanı cəzalandırmaq və bu dəstəyi davam etdirməyin ağır xərcləri barədə Şamı xəbərdar etmək istəyir. Digər tərəfdən Türkiyə Suriya hökumətinin ona qarşı mövqeyini dəyişdirmək və onu bir tərəfi Suriya olan hadisələrdə Ankaranın mərkəzi rolunu qəbul etməyə məcbur etmək istəyir. Buradan çıxış edərək bu səhnədə ortaq və koordinasiyalı bir hərəkətin ortaya çıxdığını desək mübaliğə etmiş olmarıq.

4. Bu səhnədə müqavimət cəbhəsinin vəziyyəti aydındır. Suriyanın şimalındakı və cənubundakı iki hökumət müqavimətin mühüm bir müttəfiqinə təslim olması istiqamətində təzyiq göstərməyə çalışır. Müqavimət istər terrorçu qruplar, istərsə də təcavüzkar hökumətlər olsun, təcavüzkarlara qarşı mübarizədə müttəfiqinə yardım etməyi öz vəzifəsi hesab edir. Bu tamamilə qanuni bir əməldir və düşməncə deyil və eyni zamanda tamamilə effektivdir. Bu dəfələrlə sınaqdan keçirilmiş və qazanılmış bir təcrübədir.

 

Sadullah Zarei

Xəbəri paylaş

VİDEOLAR