Türkiyə-Rusiya münasibətləri son illərdə dünyanın müxtəlif nöqtələrində regional problemlərin həllində mühüm rol oynadı.
Rəsmi Ankara və Moskva 2017-ci ildən etibarən ikitərəfli münasibətlərdə Suriyanın İdlib vilayətindəki duruma xüsusi diqqət ayırmağa başlayıb. Tərəflər İdlib vilayətində yaşanan humanitar fəlakətin qarşısının alınması, bölgədə terror təşkilatlarının məhv edilməsinə dair müzakirələr aparır. 17 sentyabr 2018-ci ildə Soçidə Türkiyə və Rusiya liderləri İdlibə dair önəmli razılaşma imzalayıblar və bununla da bölgədə sabitliyə nail olunub. Lakin son günlər bölgədə yenidən gərginlik qeydə alınmağa başlanılıb. Ümumiyyətlə, İdlib məsələsi Türkiyə-Rusiya münasibətlərində ən önəmli mövzu vəziyyətinə gəlib. Bu məsələ bu gün baş tutacaq görüşdə də müzakirə mövzusu olacaq.