Ərdoğan Novruz bayramı münasibətilə təbrik etdi

Ərdoğan Novruz bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 21 mart Beynəlxalq Novruz Günü münasibətilə təbrik edib

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 21 mart Beynəlxalq Novruz Günü münasibətilə xalqı təbrik edib.

Təbrikində Ərdoğan deyib:   “Yeni başlanğıcların, ümidin, qardaşlığın və həmrəyliyin simvolu olan Novruz qədim mədəniyyətimiz, barış, xoş görüş və sevgi kimi mənəvi dəyərlərin hakim olduğu torpaqlarda yaranmış, yüksəlmiş və əcdadlarımızdan bizə miras qalmışdır.

  Həmişə haqq, ədalət və sülh tərəfdarı olan əziz xalqımın 2023 hədəflərinə də qardaşlıq və həmrəylik içində gedəcəyinə, rifah və hüzur içində bir gələcəyin inşasında iştirak edəcəyinə inanıram."

"Bu gün Orta Asiyadan Balkanlara qədər geniş bir coğrafiyada coşğuyla qeyd olunan, baharın müjdəçisi Novruzun sahib olduğumuz dəyərlərin, zənginliklərin bir daha xatırlanması, qorunması və yeni nəsillərə ötürülməsinə vəsilə olmasını xahiş edirəm. Bolluğun və bərəkətin bayramı Novruzun əziz xalqımıza gözəlliklər gətirməsini diləyirəm.", -deyə  Türkiyə prezidenti əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR