Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğn ABŞ-ın F-35 qırıcıları ilə bağlı qərarını tənqid edib.
"Onlar bizə verməli olduqlarını F-35-lərimizi vermədilər, hələ də (məsələni) uzadırlar. Biz bu problemi Müdafiə Nazirliyimizlə məsləhətləşmələr vasitəsi ilə həll etməy təklif edirik. Çünki biz ABŞ-la münasibətlərin pisləşməsini istəmirik", - deyə o qeyd edib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə prezidenti deyib ki, ölkəsi almalı olduğu F-35-lərin pulunu ödəyib.
Ərdoğan əlavə edib ki, Ankara hazırda onun istifadəsində olan F-16 qırıcılarının müasirləşdirilməsi və bir bu modelli bir neçə döyüş maşınının alınması ilə bağlı olan problemləri də yoluna qoymağa çalışır.