Rəcəb ayının əməlləri

Rəcəb ayının əməlləri

Ay ərzində deyiləcək zikrləri ayın günlərinə bölərək, çətinliyə düşmədən icra etmək olar.

1. Əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləh və ətubu iləyh. (Ay ərzində 100 və ya 400 dəfə - ayın sonunda sədəqə verməyin də fəziləti var).

2. Lə iləhə illəllah (ay ərzində 1000 dəfə).

3. Əstəğfirullah və ətubu iləyh (70 dəfə səhər, 70 dəfə axşam) – zikr bitdikdən sonra 1 dəfə Allahumməğ fir li və tub ələyyə deyilsin.

4. Əstəğfirullah zəlcələli vəl ikram, min cəmi izzunubi vəl asam (ay ərzində 1000 dəfə).

5. İxlas surəsi (100 dəfə - hər cümə günü).

6. Həftənin cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq.

Qeyd: Ay ərzində deyiləcək zikrləri ayın günlərinə bölərək, çətinliyə düşmədən icra etmək olar.

 

Ay ərzində oxunacaq olan dualar

 Biz ay ərzində gündəlik oxunacaq olan duaları nizama salaraq aşağıdakı sıralama ilə təqdim edirik. Əslində duaların namazdan əvvəl ya sonra oxunması dua kitablarında qeyd olunmayıb. Kitablarda qeyd olunan, duanın gün ərzində oxunmasıdır. Biz möminlərin işinin asanlaşması və çətinliyə düşməmələri üçün qeyd olunan duaları müəyyən sıralama ilə nizama salmışıq. Bu sıralamadan Rəcəb ayının hər günü eyni qaydada istifadə etmək mümkündür. Ümüd edirik ki, istifadəyə yararlı olacaqdır.

 

Sübh

1) Namazdan öncə:

“Ya mən yəmliku həvaicəs-sailin, və yə`ləmu zəmirəs-samitin, li kulli məs`ələtin minkə səm`un hazir və cəvabun ətid. Allahummə və məvaidukəs-sadiqətu və əyədikəl-fazilətu və rəhmətukəl-vasiəh. Fə əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, ən təqziyə həvaici lid-dunya vəl-axirəh, innəkə əla kulli şəy`in qədir.”

 

“Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən!”

 

2) Namazdan sonra:

A)      “Xabəl-vafidunə əla ğəyrik. Və xəsirəl-mutə`ərrizunə illa lək. Və za`əl-mulimmunə ila bik. Və əcdəbəl-muntəciunə illa mənintəcə`ə fəzlək. Babukə məftuhun lir-rağibin. Və xəyrukə məbzulun littalibin. Və fəzlukə mubahun lis-sailin. Və nəylukə mutahun lil amilin. Və rizqukə məbsutun li mən əsakə və hilmukə mutərizun li mən navakə. Adətukəl ihsanu iləl-musi`in və səbilukəl-ibqau ələl-mu`tədin. Allahummə fəhdini hudəl-muhtədin vərzuqnictihadəl-muctəhidin və la təc`əlni minəl-ğafilinəl-mub`ədin, vəğfirli yəvməd-din.”

 “Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla!”

  

B) “Ya mən ərcuhu li kulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til-kəsirə bil-qəlil, ya mən yu`ti mən sə`ələh, ya mən yuti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh. Ə`tini bi məs`ələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni bi məs`ələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəh. Fə innəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya Kərim.
(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik(: Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl! Hərrim şəybəti ələn-nar” 

(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik

“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram.

Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir.  Ey o Allah ki, Ondan istəyənə əta edir.Ey o Allah ki, Ondan istəməyənə də əta edir.Və (hətta) Onu tanımayana da əta edir.

Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm  Öz geniş rəhmətinlə mənə əta et.

İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.

İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!

Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.”

 

Zöhr

1.Namazdan öncə:

Allahummə inni əs`əlukə səbrəş-şakirinə ləkə və əmələl-xaifinə minkə və yəqinəl-abidinə lək.Allahummə, əntəl-əliyyul-əzim və ənəl-əbdukəl-baisul-fəqir.Əntəl-ğəniyyul-həmidu və ənəl-əbduz-zəlil.Allahummə, səlli əla Muhəmmədin və alihi vəmnun bi ğinakə əla fəqri və bi hilmikə əla cəhli və bi quvvətikə əla zə`fi. Ya qəviyyu ya əziz! Alahummə! Səlli əla MUHƏMMƏDİN və alihil-əvsiyail-mərziyyin.Vəkfini ma əhəmməni min əmrid-dunya vəl-axirəh.Ya ərhəmər-rahimin.

 

“İlahi, mən səndən şükr edənlərin səbrini, səndən qorxanların əməli və sənə ibadət edənlərin yəqinini istəyirəm.İlahi, sən uca və böyük, mən isə ehtiyaclı və çarəsiz bəndəyəm.Sən ehtiyacsız və həmdə laiq, mən isə zəlil bəndəyəm.İlahi, Peyğəmbər (s) və ailəsinə salavat göndər. Ehtiyacsızlığınla kasıbçılığımıza, helminlə cəhalətimizə və qüvvənlə zəyifliyimizə minnət qoy! Ey güclü və yenilməz.İlahi, Peyğəmbərə (s), ailəsinə və seçdiyin övliyalara salavat göndər.Ey rəhimlilərin ən rəhimlisi.Dünya və axirət işlərimdə məni qəmə salan işlərimdə mənə yetərli ol!”

 

2.Namazdansonra:

A)“Əllahummə ya zəl minənis sabiğəh, vəl alail vaziəh, vər rəhmətil vasiəti vəl qudrətil camiəh, vən niəmil cəsiməti vəl məvahibil əziməh, vəl əyadil cəmiləti vəl ətayəl cəziləh, ya mən la yun`ətu bitəmsilin və la yuməssəlu binəzir, və la yuğ-ləbu bizəhir, ya mən xələqə fərəzəqə və əlhəmə fəəntəqə vəbtədəə fəşərəə və əla, fər-təfəə və qəddərə fəəhsənə və səvvər, fəət`qənə vəhtəccə fəəbləğə və ən`əmə fəəsbəğu və ə`ta, fəəczələ və mənəhə fəəfzələ ya mən səma fil izzi fəfatə nəvazirəl əbsar, və dəna fil lutfi fəcazə həvacisəl əfkar, ya mən təvəhhədə bil mulki fəla niddə ləhu fi mələkuti sultanih, və təfərrədə bil alai vəl kibriya, fəla ziddə ləhu fi cəbəruti şə`nih, ya mən harət fi kibriyai həybətihi dəqayiqu lətaifil əvham, vənhəsərət dunə idraki əzəmətihi xəvatifu əbsaril ənam, ya mən ənətil vucuhu bihəybətih, və xəzəətir riqabu liəzəmətih, və vəcilətil qulubu min xifətih, əs`əlukə bihazihil midhətil ləti la tənbəği illa lək, və bima vəəytə bihi əla nəfsikə lidaikə minəl mu`minin, və bima zəmintəl icabətə fihi əla nəfsikə lid dain, ya əsməəs samiinə və əbsərən nazirin, və əsrəəl hasibinə ya zəl quvvətil mətin, səlli əla Muhəmmədin xatəmin nəbiy-yin, və əla əhli bəytih, vəqsim li fi şəhrina haza xəyri ma qəsəmt, vəhtim li fi qəzaikə xəyrə ma hətəmt, və əhyini ma əhyəytəni məvfurən və əmitni məsrurən və məğfura, və təvəllə əntə nəcati min musaə-lətil bərzəx, vədrə` ənni mun-kərən və nəkira, və əri əyni mubəşşirən və bəşira, vəc`əl li ila rizvanikə və cinanikə mə-sira, və əyşən qərira, və mulkən kəbira, və səlli əla Muhəmmədin alihi kəsira.”

  

“İlahi, ey firavan əta, müxtəlif nemət, geniş rəhmət, əhatəli qüdrət, böyük nemət və hədiyyə, gözəl bəxşiş və kamil hədiyyələrin sahibi! Ey vəsfi misala sığmayan, bənzəri təsəvvür olunmayan və heç bir qüdrətə məğlub olmayan! Ey yaratdıqdan sonra ruzi verən, ey ilham etdikdən sonra danışdıran, ixtira etdikdən sonra yaratmağa başlayan, üstün olduqdan sonra yüksələn, ölçdükdən sonra gözəlləşdirən, surət verdikdən sonra möhkəmlədən, höccət gətirdikdən sonra bəlağət verən, nemət verdikdən sonra genişləndirən, əta etdikdən sonra çoxaldan və bağışladıqdan sonra artıran! Ey izzətdə məqamı uca olub gözlərin baxışlarından uzaq olan, lütf və mərhəmətdə düşüncələrə sığmadığı qədər hamıya yaxın olan! Ey mülk və hakimiyyətdə yeganə olub qüdrət və hakimiyyətində şəriki olmayan, nemət və böyüklükdə yeganə olub məqamında tayı-bərabəri və rəqibi olmayan! Ey heybətinin böyüklüyü ağıl və düşüncələri heyran qoyan və itigözlülərin baxışlarının Sənin əzəmətini dərk etməkdə aciz qaldığı! Ey heybəti müqabilində çöhrələrin yerə dikildiyi, əzəməti müqabilində boyunların əyildiyi, Onun qorxusundan qəlblərin titrədiyi! Səndən başqasına layiq olmayan bu təriflərə, dua edən möminlərə əta etməyi Özünə lazım bildiyinə və dua edənlər üçün onun qəbul olunmasını zəmanət verdiyinə xatir, Səndən istəyirəm, ey eşidənlərin eşidəni, görənlərin görəni və hesab çəkənlərin sürətlisi, ey yenilməz qüdrət sahibi! Peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun Əhli-beytinə salam yetir, bu ay böldüklərinin ən yaxşısını mənə nəsib et, qəti olaraq yazdıqlarının ən yaxşısını mənim üçün qəti olaraq yaz, həyatını səadət və xoşbəxtliklə bitirdiyin kəslər kimi, mənim də həyatımı səadət və xoşbəxtliklə bitir, yaşadığım müddətdə məni qalib yaşat, şad və bağışlanmış halda öldür, bərzəx aləmində sorğu-sualdan qurtulmağımı Öz öhdənə götür, Nəkir və Münkəri (əzab mələkləri) məndən uzaqlaşdır, Bəşir və Mübəşşiri (rəhmət mələkləri) gözümə göstər, yolumu "rizvan” və behiştə doğru yönəlt, mənə xoş həyat və böyük mülk nəsib et, Məhəmməd və onun Əhli-beytinə çoxlu salam yetir!

Müəllif deyir:- Bu dua Səsəə məscidində də oxunur.”

 

B) “Ya mən ərcuhu li kulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til-kəsirə bil-qəlil, ya mən yu`ti mən sə`ələh, ya mən yuti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh. Ə`tini bi məs`ələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni bi məs`ələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəh. Fə innəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya Kərim.
(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik(: Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl! Hərrim şəybəti ələn-nar”

 (Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik  

 

“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram.

Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir.  Ey o Allah ki, Ondan istəyənə əta edir.Ey o Allah ki, Ondan istəməyənə də əta edir.Və (hətta) Onu tanımayana da əta edir.

Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm  Öz geniş rəhmətinlə mənə əta et.

İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.

İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!

Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.”

 

Xəbəri paylaş

VİDEOLAR