Rəcəb ayında gündəlik oxunan dua
“Ya mən ərcuhu li kulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til-kəsirə bil-qəlil, ya mən yu`ti mən sə`ələh, ya mən yuti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh. Ə`tini bi məs`ələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni bi məs`ələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəh. Fə innəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya Kərim.
(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik : Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl! Hərrim şəybəti ələn-nar”
Tərcüməsi:
“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram.
Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir.Ey o Allah ki, Ondan istəməyənə də əta edir.Və (hətta) Onu tanımayana da əta edir.
Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm Öz geniş rəhmətinlə mənə əta et.
İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.
İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!
Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.”