Qeyd edək ki, FKƏDƏŞ-ə Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Küveyt və Qətər daxildir.
Rasthaber Azərbaycan Əl Ərəbiyə telekanalına istinadən xəbər verir ki, Fars körfəzinin ərəb ölkələri İrana qarşı silah embarqosunun uzadılması istəyi ilə BMT-a müraciət edib.
Məlumata görə, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurası (FKƏDƏŞ) BMT TŞ-a bununla bağlı məktub göndəriblər.
Qeyd edək ki, FKƏDƏŞ-ə Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Küveyt və Qətər daxildir.
Xatırladaq ki, İrana qarşı tətbiq edilən silah embarqosunun müddəti 2020-ci il 18 oktyabrda sona çatacaq.
Rusiya XİN başçısı BMT Baş katibinə və həmçinin BMT TŞ sədrinə məktub göndərərək bildirib ki, İrana qarşı silah embarqosunun uzadılması üçün heç bir əsas yoxdur.