İslami Cihad hərəkatının liderlərindən biri Qüds Qılıncı əməliyyatının bütün fələstinliləri birləşdirdiyini və işğalçılara qarşı müharibənin davam etdiyini vurğulayaraq, ərəb rejimlərinin Fələstin müqavimətinə bir silah belə vermədiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xalid əl-Batas əl-Məyadin kanalına müsahibəsində deyib: “Qüds Qılınc əməliyyatı müqavimətə inamı bərpa etdi və Fələstin xalqını və müqavimətin bütün sahələrini birləşdirdi.
Bəzi ərəb rejimlərinin işğalçı sionist rejimlə normallaşmasına baxmayaraq, "Qüds qılıncı" əməliyyatı Fələstin davasının əsas mövqeyini bərpa etdi. Bu, müqavimətin təşəbbüsü ilə başlayan bir müharibə idi. Müharibənin nəticələrindən biri Qüds üçün böyük koalisiyanın yaradılması oldu.
Qeyd edək ki, işğalçı rejim 1948-ci ildə işğal olunmuş ərazilərdən Nəcəf səhrası bölgəsinin Şeyx Cərrah məhəlləsinə qədər bir çox bölgədə fələstinlilərə qarşı etnik təmizləməni davam etdirməyə çalışır.