Ərəb Parlamenti İsveç mallarını boykot etməyə çağırıb

Ərəb Parlamenti İsveç mallarını boykot etməyə çağırıb

Ərəb Parlamenti Qurani-Kərimin yandırılmasına cavab olaraq İslam dünyasını “İsveç mallarını boykot etməyə, bu ölkəyə səyahət etməməyə və ciddi mövqe tutmağa” çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb Parlamentinin saytında dərc olunan bəyanatda, Qurani-Kərimə edilən bu hörmətsizliyin "tam bir cinayət" olduğu və "müqəddəs kitablara hörmət edilməsi lazım olduğu" vurğulanaraq, dinləri təhqir etməyi qadağan edən bütün beynəlxalq qanunlar və konvensiyalar tərəfindən də rədd edilir.

Açıqlamada, bu təxribatların müsəlmanların hisslərini hərəkətə gətirdiyi və tamamilə rədd edildiyi qeyd edilib. Dünya parlamentlərinə "İsveç məhsullarını boykot etmək və onlarla alış-verişin qarşısını almaq üçün qərarlar qəbul etmək, sülh və qardaşlığa çağıran, nifrət və zorakılığa çağırış təbliğatını rədd edən tolerantlıq dininə hörmətin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, dünən İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Xəbəri paylaş

VİDEOLAR