Ərəb Parlamenti sionist İsrailin Cenin şəhəri, Qəzza zolağı və Yerixoya hücumunu pisləyib və bu hücumu sistematik terrorizm kimi qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb Parlamenti öz bəyanatında bildirib ki, sionist İsrailin Fələstin xalqı və Fələstin şəhər və kəndlərinə qarşı cinayət və hücumlarının davam etməsi region və dünyada vəziyyət və qeyri-sabitliyin partlamasına səbəb olacaq.
Ərəb parlamenti də Fələstin torpaqlarında baş verən hadisələrlə bağlı beynəlxalq susqunluğu pisləyib və bildirib ki, bu susqunluq işğalçı rejim səlahiyyətlilərini Fələstin torpaqlarında daha çox cinayət, zorakılıq və qətllər törətməyə təşviq edir.
Ərəb Parlamenti beynəlxalq ictimaiyyəti, Təhlükəsizlik Şurasını və insan haqları təşkilatlarını səssizliyini pozmağa və fələstinlilərə, onların şəhərlərinə və mülklərinə qarşı gündəlik hücum və cinayətləri dayandırmaq üçün dərhal müdaxilə etməyə və bu hadisələrin səbəbkarlarını məsuliyyətə cəlb etməyə çağırıb.