Ərəb Əmirliyində vaksin olunmayan məmur cəzalanacaq

Ərəb Əmirliyində vaksin olunmayan məmur cəzalanacaq

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus peyvəndi vurdurmayan məmurlara qarşı sanksiya tətbiq olunacaq.

Rasthaber Azərbaycan  xəbər verir ki, bunu BƏƏ-nin Dövlət Xidməti İdarəsindən bəyan ediblər.

Sanksiyalar koronovirus infeksiyası ilə bağlı xəstəlik və özünütəcrid müddəti zamanı əmək haqqının ödənilməsini əhatə edir.

Belə ki, iki peyvənd vurulmayan dövlət müəssisələrinin əməkdaşlarının işə gəlmədikləri günlər illik məzuniyyət günlərindən çıxılacaq. Məzuniyyət olmadığı təqdirdə isə, bu günlər işçinin öz hesabına məzuniyyəti kimi qəbul ediləcək.

Yeni qaydalar həm COVID-19-a yoluxanlara, həm də belə şəxslərlə yaxın kontaktda olanlara aiddir.

Qeyd edək ki, BƏƏ hökuməti martın sonuna qədər ölkə əhalisinin yarısını peyvəndləmək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR